Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sinqapur hakimiyyəti internetin istifadəsinə məhdudiyyətlər qoyacaq

Sinqapur hakimiyyəti internetin istifadəsinə məhdudiyyətlər qoyacaq

Tarix: 29 Aprel 2019 08:16

Bakı. Trend:

Sinqapur hökuməti internet istifadəçilərinə söz azadlığını qorumaq və cəmiyyətə ciddi zərər vurmadan əvvəl saxta məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə məhdudiyyətlər qoyacaq.

Trend-in məlumatına görə bunu ölkənin baş naziri Li Syan Tun deyib.

Li Syan Tun qeyd edib ki, söz azadlığını qoruyan, insanların hüquqi sahədə məlumatı paylaşmasına, öz fikirlərini ifadə etməyə imkan verən müvafiq məhdudiyyətlər qoymalıyıq.

Həmçinin baş nazir vurğulayıb ki, elə cemiyyət yoxdu ki, orada idarə olunmayan söz azadlığı olsun. O deyib ki, ABŞ və Avropa ölkələriç xüsusilə Almaniya həmçinin saxta məlumatların yayılması problemi ilə mübarizə aparırlar.

Li Syan Tun əlavə edib ki, son bir ictimai sorğusuna görə, sakinlərin təxminən 80%-i saxta məlumatları tanımaq qabiliyyətinə malik olduğuna əminlik ifadə etdi. Bununla belə, eksperiment göstərdi ki, onlardan yalnız 10 faizi bun etmeyə qadirdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sinqapur hakimiyyəti internetin istifadəsinə məhdudiyyətlər qoyacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ