Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan İtaliyaya 3 milyard kubmetrdən çox qaz ixrac edib

Azərbaycan İtaliyaya 3 milyard kubmetrdən çox qaz ixrac edib

Tarix: 21 Sentyabr 2021 19:24

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 3,047 milyard kubmetr təbii qaz ixrac edib.

Milli.Az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu müddət ərzində Azərbaycan qazının İtaliyaya ixracının həcmi 836 milyon dolları ötüb.

Ümumilikdə, hesabat dövründə Azərbaycan 13,242 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 47,21 faiz çoxdur. Bu müddət ərzində Azərbaycanın qaz ixracının həcmi 2,35 milyard dollardan (38 faiz artım) çox olub.

Milli.Az


Etiketlər:  Azərbaycan İtaliyaya milyard kubmetrdən çox ixrac edib


RƏYLƏR