Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 21:18
FIFA İntizam Komitəsi Macarıstan millisini cəzalandırıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində İngiltərə ilə ev oyununda (0:4) yerli azarkeşlərin irqçi davranışları səbəbindən yığma cəzaya məruz qalıb.
Macarsıtan millisi FIFA bayrağı altında keçirəcəyi növbəti iki ev oyununda tamaşaçı dəstəyindən məhrum edilib. İkinci qarşılaşma ilə bağlı qərar şərtidir. 2 illik sınaq müddətində eyni hal təkrarlanarsa, 1 oyunluq cəza qərarı avtomatik olaraq qüvvəyə minəcək. Bundan başqa, Macarıstan Futbol İttifaqı 200 000 İsveçrə frankı məbləğində cərimələnib.
Xatırladaq ki, paytaxt Budapeştdə keçirilən oyun zamanı qonaqların futbolçuları Rəhim Sterlinq və Cud Bellingem yerli azarkeşlərin irqçi təhqirlərə məruz qalıb.