Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtobusda dava düşdü, 3 nəfər girov oldu - alman yolunda olay - FOTO

Avtobusda dava düşdü, 3 nəfər girov oldu - alman yolunda olay - FOTO

Tarix: 22 Sentyabr 2021 09:02

Almaniyanın cənubundsa silahlı şəxs xaricdən gələn turist avtobusunda 3 sərnişini girov götürüb.

Hadisə Bavariyada baş verib.

Polis hər iki istiqamətdə yolu bağlayıb, xüsusi təyinatlılar əraziyə cəlb edilib.

Milli.Az Hanauer Anzeiger-ə istinadən bildirir ki, əməliyyat zamanı üç partlayış səsi eşidilib, ərazi polis helikopteri ilə işıqlandırılıb.

Hadisə Bavariya federal əyalətinin Orta Frankoniya bölgəsində baş verib. 30 yaşlı şəxs A9 avtomagistralı ilə Serbiyaya doğru hərəkət edən sərnişin avtobusunda 3 nəfəri girov götürüb.

Həmin avtobusda sərnişinlər arasında hələlik naməlum səbəbdən dava baş verib, iki nəfər yaralanıb.

Davadan sonra avtobus yol kənarında dayanıb, sərnişinlər avtobusu tərk ediblər. Avtobusun üç sürücüsü və girov götürməkdə şübhəli bilinən şəxs avtobusda qalıblar.

Polis A9 yolunu hər iki istiqamətdə bağlayıb.

Avtobus sürücülərindən biri ilə mobil telefon vasitəsilə əlaqə saxlanandan sonra üç sürücü avtobusu tərk ediblər.

Sərnişinləri girov götürən şəxs polisə təslim olub, müqavimət göstərməyib.

Milli.Az


Etiketlər:  Avtobusda dava düşdü 3 nəfər girov oldu alman yolunda olay FOTO


RƏYLƏR