Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Vüsal Salamovun doğum günü idi - VİDEO

Şəhid Vüsal Salamovun doğum günü idi - VİDEO

Tarix: 22 Sentyabr 2021 13:26

Vətən müharibəsi zamanı canını fəda edən qəhrəman hərbçilərimizdən biri də Vüsal Salamov olub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, şəhid Vüsal Salamov 1993-cü ildə Bakı şəhəri, Buzovna qəsəbəsində anadan olub.

Orta təhsilini 125 nömrəli tam orta məktəbdə alıb. Musiqi duyumu yüksək olduğu üçün eyni zamanda 4 nömrəli  Uşaq İncəsənət Musiqi Məktəbində skripka sinfində təhsil alıb. Ali təhsilini də bitirdikdən sonra hərbiyə yolanıb. Həqiqi hərbi xidmətini Murovda manqa komandiri kimi başa vurub.

Vüsal Salamov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə oktyabrın 5-də könüllü olaraq qatılıb.

Vüsal Salamov Füzuli və Suqovuşan döyüşlərində iştirak edib. Elə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Yaşasaydı bu gün doğum gününü qeyd edəcəkdi deyir anası. Lakin oğlu vətən yolunda canını fəda etdi.

Şəhid Vüsal Salamov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Şəhid Vüsal Salamovun doğum günü VİDEO


RƏYLƏR