Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yarasaları pandemiyadan əvvəl koronavirusa yoluxdurmağı planlaşdırıblar

Yarasaları pandemiyadan əvvəl koronavirusa yoluxdurmağı planlaşdırıblar

Tarix: 23 Sentyabr 2021 09:42

Çinin Uhan şəhərindən olan virusoloqlar insanlarda yaratdıqları potensial təhlükəli xəstəliklərə qarşı yarasaların peyvənd edilməsi üçün onları koronavirusla yoluxdurmağı planlaşdırıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qrant üçün yayımlanan müraciətlərdən bəlli olub ki, bu təklif hələ 2018-ci ildə nəzərdən keçirilib.

Sənədlərə görə, alimlər COVID-19-un ilk dəfə insanda aşkarlanmasından cəmi 18 ay əvvəl yarasalarda koronavirusun "yeni ximer sünbül zülallarını" sınamağı planlaşdırıblar.

Virusoloqlar insanlara daha asan yoluxa biləcək ximer virusları yaratmağa görə təcrübələr aparmaq üçün ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Araşdırma Layihələri Agentliyindən (DARPA) 14 milyon dollar istəyiblər. DARPA  Uhan alimlərinin işinə sponsorluqdan imtina edib.

Milli.Az


Etiketlər:  Yarasaları pandemiyadan əvvəl koronavirusa yoluxdurmağı planlaşdırıblar


RƏYLƏR