Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı Əfqanıstanda nümayəndəlik açacaq?

Avropa İttifaqı Əfqanıstanda nümayəndəlik açacaq?

Tarix: 23 Sentyabr 2021 22:33

Avropa İttifaqı Əfqanıstanın paytaxtı Kabildə daimi nümayəndəliyinin açılması üzərində çalışır Bunu jurnalistlərə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel deyib.

"Biz bunun üzərində işləyirik. Ancaq məxfilik səbəbindən nümayəndəliyin açılması vaxtını sizə deyə bilmərəm", - Borrel qeyd edib.

Bundan əvvəl Cozef Borrel "Taliban"ı ölkənin qanuni hökuməti olaraq qəbul etməyəcəklərini, bu hərəkatla hər hansı bir əlaqənin yalnız Əfqanıstan xalqını qorumaq məqsədilə və ciddi şərtlər altında qurula biləcəyini söyləmişdi.


Etiketlər:  Avropa İttifaqı Əfqanıstanda nümayəndəlik açacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ