Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2021 12:22
Pakistanın Lahor şəhərindəki ən böyük xəstəxanasının təhlükəsizlik xidmətinin rəhbəri Zohaib Malik pasiyentlərə işgəncə edib və bunu videoya çəkib. Kadrlar hüquq mühafizəçilərinin əlinə keçib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, o, oğurluqda şübhəli bildiyi və ya pis davranış göstərən insanları döymək, əziyyət verməklə "cəzalandırıb".
İşgəncələrin ən az üç ay əvvəl başladığı düşünülür. İşgəncə otağı kimi konfrans zalı istifadə edilib, işgəncələr lentə alınıb.
Polis hesab edir ki,video ya hesabat, ya da əyləncə məqsədiylə çəkilib.
Malik işdən uzaqlaşdırılıb və həbs edildi. Xəstəxana müdiri hadisəni araşdırmaq üçün komitə yaradıldığını bildirib.