Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzalı evin aqibəti - VİDEO

Qəzalı evin aqibəti - VİDEO

Tarix: 24 Sentyabr 2021 13:14

Beyləqan RİH evin təmirini öz üzərinə götürdü

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Vətən müharibəsi günlərində düşmənin mülki əhaliyə yönəlmiş təcavüzündən ziyan çəkənlərdən biri də Beyləqan rayon Kəbirli kənd sakini Ayəddin Kərimov olub. O iddia edir ki, məhz düşmənin atdığı mərmilərin təsirindən evinin divarlarına çatlar düşüb, dam örtüyü çöküb. Hazırda bu evdə tək yaşayan Ayəddin Kərimovun ailə üzvləri paytaxtda işləyir, kirayə evdə yaşayırlar. Ev sahibi isə yaşadığı bu evin hər an çökə biləcəyindən ehtiyat edir.

Ayəddin Kərimov ötən aylar ərzində evinin təmiri ilə bağlı heç bir iş görülmədiyini deyir.

Məsələyə münasibət bildirən Beyləqan rayon İcra Hakimiyyətinin başçsı aparatının memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi mühəndisi Rauf Abbasov həqiqətən də yaradılmış komissiyanın həmin evə baxış keçirmədiyini bildirdi və səbəbini belə izah etdi.

O ki qaldı problemin necə həll olunacağına, bunu da rayon İcra Hakimiyyəti öz üzərinə götürür.

Yəqin ki, bu xəbərdən sonra Ayəddin müəllimin üzü güləcək. Elə ailə üzvləri tezliklə yeni təmir olunmuş evə toplaşacaqlar.


Etiketlər:  Qəzalı evin aqibəti VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ