Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni mövsümdə bu kanalda çalışacaq

Yeni mövsümdə bu kanalda çalışacaq

Tarix: 24 Sentyabr 2021 14:05

Aparıcı Fəxriyyə Lilpar uzun fasilədən sonra efirə qayıdır.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, yeni mövsümdə ATV-də çalışacaq. O, qadınlarla bağlı "Üzbəüz" adlı veriliş aparacaq.

"Yeni mövsümdə yeni nəfəslə ATV kanalında olacam. Həftə içi beş gün qadın proqramı aparacam. Xanımlarımızın bütün maraqlarına üzbəüz yanaşacağıq. Mövzular müzakirə edəcəyik, uğurlu xanımların həyat hekayələrini dinləyəcəyik. İstedadına güvənənlərə qapımız açıqdır. Ümid edirəm ki, səmimiyyətimizə sığınıb öz vaxtınızı bizimlə keçirəcəksiniz" deyə, aparıcı bildirib.


Etiketlər:  Yeni mövsümdə kanalda çalışacaq


RƏYLƏR