Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2019 14:20
“Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqba İngiltərə Premyer Liqasının ikinci turunda dünən keçirilən “Vulverhempton”la matçdan (1:1) sonra azarkeşlərin irqçi şüarlara məruz qalıb.
Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın bəzi azarkeşləri dünən qeydə alınan 1:1 hesablı heç-heçə zamanı fransalı oyunçu təyin olunan penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün ona qarşı sosial şəbəkədə irqçi ifadələr işlədiblər.
Klub rəhbərliyi və Poqbanın komanda yoldaşları bu cür halların futbola yaraşmadığını sosial şəbəkədə baş verən bu tipli təhqirlərə qarşı tədbirlər görülməsinin vacib olduğunu bildiriblər.
"Mançester Yunayted" baş verənlərlə bağlı sosial hesabında bunları yazıb: “Komandadakı hər kəs Poqbaya qarşı edilən irqçi ifadələri xoş qarşılamırlar. Onlar üçün bu, ürəkbulandırıcı mənzərədir”.
Qeyd edək ki, Premyer Liqanın ikinci turunda “Mançester Yunayted” səfərdə “Vulverhempton”la heç-heçə edib. Komanda 4 xalla 4-cü pillədədir.