Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ sərhədini qanunsuz keçən 14 Meksika hərbçisi saxlanılıb

ABŞ sərhədini qanunsuz keçən 14 Meksika hərbçisi saxlanılıb

Tarix: 26 Sentyabr 2021 10:34

ABŞ sərhədçiləri sərhədi qanunsuz keçən 14 Meksika hərbçisini saxlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə sentyabrın 25-də Texas ştatının El Paso bölgəsində baş verib.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyindən bildirilib ki, meksikalı hərbçilər iki hərbi maşında olub.

Bir neçə saat saxlanılan hərbçilər sərhədi təsadüfən keçdiklərini, ölkədən qıraqda olduqlarının fərqinə varmadıqlarını bildiriblər.

Hərbçilərdən birində şəxsi istifadə üçün nəzərdə tutulmuş az miqdarda marixuana aşkar edilib.

Onun inzibati məsuliyyətə cəlb olunacağı vurğulanıb.

Hadisə ilə bağlı Meksika hərbi rəhbərliyinə məlumat verilib. Hərbçilərin hamısı bir neçə saat ərzində Meksikaya qaytarılıb.

Milli.Az


Etiketlər:  ABŞ sərhədini qanunsuz keçən 14 Meksika hərbçisi saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ