Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu sürpriz Tatlısəsi göz yaşına boğdu - FOTO

Bu sürpriz Tatlısəsi göz yaşına boğdu - FOTO

Tarix: 26 Sentyabr 2021 16:32

Konsertində dillər əzbəri olan klassik mahnılarını səsləndirən İbrahim Tatlısəs tamaşaçılara unudulmaz anlar yaşadıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, oğlu İdo ilə konsertin ortasında səhnəyə çıxan Tatlısəs qonaqlar arasında olan Dərya Tuna üçün "Dəryalım" mahnısını ifa edib.

Dərya Tuna, oğlu İdo, gəlini Yasəmən Şəfqətli və Buket Aydın son gün İbrahim Tatlısəsə qulaq asmağa gələnlər arasında yer alıb.

Konsertin sonunda səhnədən düşən İ.Tatlısəs böyük bir sürprizlə qarşılaşıb. Komandasının hazırladığı Tatlısəs fiqurları olan tort və sənətçinin dünəndən bu günə qədər olan şəkilləri "İmperator"u göz yaşlarına qərq edib. Müğənni komandası ilə birlikdə 3 günlük konsert uğurunu qeyd edib.


Etiketlər:  sürpriz Tatlısəsi göz yaşına boğdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ