Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2021 17:18
İsti, dənizin duzlu suyu, günəş şüaları, qum - dəriniz həqiqətən də çətin bir mövsümü geridə qoyub. İndi onu bərpa etmək və soyuq havalara hazırlamaq lazımdır.
Sonxeber.net axşam.az-a istinadən yeni mövsüm şərtlərinə davamlı cild üçün lazım olan baxım öncəliklərini təqdim edir.
Ləkələrdən qurtulmaq üçün pilinq edin. Müxtəlif kremlərdən və ya təbii vasitələrdən istifadə edərək üz dərisinin yenilənməsinə yardımçı olun. Əgər ləkələr daha dərindirsə, o zaman mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur.
Üzə və dərinizə qulluq kremlərinizi dəyişin. İsti havalarda istifadə etdiyiniz vasitələr soyuq havada işinizə yaramayacaq, tam əksi daha da həssaslaşmasına səbəb olacaq. Tərkibində müxtəlif bitki yağları və süd olan kremlərə üstünlük verin.
Detoks tərkibə malik vasitələrlə günəş şüalarından, dəniz suyundan parçalanan toxumaları yenidən bərpa edin. Əks halda üzünüzdə çatlar və qabıq yaranacaq, quru görünəcək. Eyni zamanda nəmləndirici krem seçərkən də daha güclü vasitələr seçməyə çalışın.
Gecə yatmazdan əvvəl üzünüzə maska edin. Qatıq, bal, yumurta, aloe vera, xiyar istifadə edərək fərqli maskalar edə bilərsiniz. Dodaqlarınızı və dərinizin quru bölgəsini vazilin ilə yumşaldın.