Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2021 22:36
Mütəxəssis payızda immunitetin zəiflədiyini göstərən gizli əlamətlərdən danışıb.
Sonxeber.net xəbər verir ki, Rusiyanın İmmunoreabilitasiya və Profilaktik Tibb Klinikaları şəbəkəsinin elmi direktoru Olqa Şuppo jurnalistlərə payızda immunitetin azaldığını göstərən beş qeyri-müəyyən əlamətin olduğunu söyləyib.
Həkim bildirib ki, ilk növbədə daimi yorğunluq hissinə və yaddaşın pozulmasına diqqət etməlisiniz. Bu cür simptomlar xroniki stress və tiroid disfunksiyasına təsir göstərə bilər.
Eyni zamanda allergiya və herpesin kəskinləşməsi də immunitetin zəifləməsindən xəbər verir: "Normal vəziyyətdə orqanizm infeksiyanı basdıra bilir, ancaq immunitet zəifləyibsə, virus periodik olaraq aktivləşir. Bundan əlavə, saç tökülməsi və dirsəklərdə quruluq kimi simptomlara laqeyd yanaşmayın". (publika.az)