Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Pərvin Babayevin cənnətdəki ilk doğum günü idi - VİDEO

Şəhid Pərvin Babayevin cənnətdəki ilk doğum günü idi - VİDEO

Tarix: 27 Sentyabr 2021 12:28

44 günlük vətən müharibəsinin qəhrəmanlarını tanıtdırmağa davam edirik. Sıradakı süjetimizin qəhrəmanı Sumqayıt sakini Pərvin Babayevdir. O, Füzuli rayonunun Abdulrəhmanlı kəndində düşmənin atdığı minamiyot nəticəsində şəhidlik zirvəsinə yüksəlib.  Bu gün şəhidin doğum günüdür.  Doğmaları, onu sevən hər kəs şəhidlər xiyabanına gələrək  Pərvin Babayevi yad ediblər.

Cəmi 20 yaşı vardı. 44 günlük vətən müharibəsində döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan indi hər kəs qürurla danışır. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət düşmənin çoxsaylı hərbiçisini məhv edən qəhrəman şəhidimiz Pərvin Babayevdən gedir. Qəhrəmanımız döyüşlər zamanı böyük şücaət göstərərək rəhbərlik etdiyi manqa qrupu ilə birlikdə işğalda olan 3 kəndimizn azad edilməsində iştirak edib.

Sumqayıt sakini Pərvin Babayev ötən il oktyabrın 5-də Füzuli rayonunun Abdulrəhmanlı kəndində qəhrəmancasına şəhadətə ucalıb.Onunla bir istiqamətdə döyüşən qardaşı Elnur, Pərvinin şəhid olduğunu evə qayıtdıqdan sonra bilib. 

Qəhrəman şəhidimizin bugün doğum günüdür. Doğmaları, onu sevən hər kəs şəhidlər xiyabanına gələrək  Pərvin Babayevi yad ediblər

Pərvin Babayev ölümündən sonra '' Vətən uğrunda'', ''Füzulinin azad olunmasına görə'', ''Xocavəndin azad olunmasına görə'' və  ''cəsur döyüşçü''  medalları ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Şəhid Pərvin Babayevin cənnətdəki ilk doğum günü idi VİDEO


RƏYLƏR