Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2019 16:54
Bakı. Samir Əli - Trend:
Şabranda baş verən hadisə zamanı xəsarət alanlardan hazırda 2-si xəstəxanada müalicələrini davam etdirir.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, digər xəstələr ambulator müalicə üçün evə buraxılıblar. Xəstəxanada qalanlar 30 və 42 yaşlı qadınlardır.
Qeyd edək ki, dünən Şabran rayonunda baş verən yanğınla bağlı xəstəxanaya 7 nəfər gətirilib.
Hadisə nəticəsində 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin