Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2021 22:33
Rusiyalı kardioloq Anna Koreneviç bir çox insanların ciddi simptom olmadan, ayaqüstü infarkt keçirdiyini bildirib.
Xəstə təsadüfən ürəyini yoxladanda, orda ürək əzələsində çapıq dəyişiklikləri görünür. Bu o deməkdir ki, xəstə nə vaxtsa infarkt keçirib.
Sonxeber.net xəbər verir ki, ayaqüstü infarkt zamanl xəstə çox da güclü olmayan, keçib gedən ağrı hiss edir.
İnsanlar orqanizm üçün təhlükəli olan bu vəziyyəti çox vaxt hiss etmir.
"Əgər təzyiq normaldırsa, lakin döş qəfəsində sıxılma, sanki hava çatışmaması, qəfil əl-ayaqda, bədəndə zəiflik, bədəndə tərləmə varsa, dərhal təzyiqi ölçüb, təcili yardım çağırmaq lazımdır. Adətən ürək-damar problemi, arteriyada tromb qopduqda, təzyiq aşağı düşür". /medicina.az