Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 09:20
Böyük Britaniyada Oksford Universitetinin alimləri COVID-19 pandemiyası səbəbi ilə 2020-ci ildə ömür müddətinin azaldığını müəyyən ediblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Avropa, ABŞ və Çili də daxil olmaqla 29 ölkədən 22-də ömrün uzunluğu 2019-cu ilə nisbətən altı aydan çox azalıb.
Əksər ölkələrdə kişilərin ömrünün qadınlara nisbətən daha çox azaldığı müəyyən edilib. Eyni zamanda, amerikalı kişilərin ən çox zərər gördükləri qeyd edilir, onların ömürləri 2019-cu ilə nisbətən 2,2 il qısalıb.