Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 23:04
"Əl Qaidə" hələ də Əfqanıstandadır və ABŞ-a zərbə endirməyi hədəfləyir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Mark Milli bildirib.
"Əgər öz imkanlarını bərpa edə bilsələr, onların zərbə vurmaq niyyətləri var. Düşünürəm ki, "Əl-Qaidə" hələ də ABŞ-la müharibədə vəziyyətindədir", - deyə Milli Senatdakı dinləmələr zamanı qeyd edib.
Onun fikrincə, "Əl-Qaidə" hələ də Əfqanıstandadır".