Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Afaq Gəncəlini kimin əvəz edəcəyi bilindi

Afaq Gəncəlini kimin əvəz edəcəyi bilindi

Tarix: 29 Sentyabr 2021 04:05

Uzun illər Afaq Gəncəlinin təqdimatında nümayiş olunan "ATV maqazin onlarla" proqramının yeni aparıcısı bəlli olub.

Milli.Az xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, verilişə yeni televiziya mövsümündən Nanə Ağamalıyeva aparıcılıq edəcək.

Proqramın yeni buraxılışları yaxın günlərdə tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, Nanə ATV-də "Günün sədası", "Nanəli" proqramlarını aparırdı.

Afaq Gəncəli bir müddət əvvəl ATV ilə yollarını ayırıb və bundan sonra fəaliyyətini Xəzər TV-də davam etdirəcək. Onunla birlikdə verilişin redaktoru Ruslan Ağayev, prodüseri Tural Nəbiyev də işdən ayrılıb.

Milli.Az


Etiketlər:  Afaq Gəncəlini kimin əvəz edəcəyi bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ