Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən ay uşaqlara ən çox qoyulan adlar

Ötən ay uşaqlara ən çox qoyulan adlar

Tarix: 29 Sentyabr 2021 14:48

Avqust ayında uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Sonxeber.net bildirir ki, Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, avqust ayında doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə daha çox Əli, Yusif, Uğur, Hüseyn və Məhəmməd, qadın cinsindən olanlara isə Zəhra, Məryəm, Zeynəb, Mələk və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.

Azərbaycan adlarının mənşəyi, onların izahlı şərhi, habelə statistik göstəricilər barədə məlumatlar "Elektron Hökümət" portalı (www.e-gov.az) və Ədliyyə Nazirliyinin internet səhifəsinin "Dövlət xidmətləri" bölməsindən "Azərbaycan adları barədə məlumatın verilməsi" elektron xidmət vasitəsi ilə əldə oluna bilər.


Etiketlər:  Ötən uşaqlara çox qoyulan adlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ