Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Roza Zərgərlinin qızından XOŞ XƏBƏR

Roza Zərgərlinin qızından XOŞ XƏBƏR

Tarix: 29 Sentyabr 2021 15:10

Müğənni Roza Zərgərlinin övladı magistratura pilləsində təhsil alacaq.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, sənətçinin qızı Bənövşə Allahverdiyeva magistraturaya qəbul olub.

O, qonşu Türkiyədə fəaliyyət göstərən ali təhsil ocaqlarından birində təhsil alacaq. Bu haqda Xalq artisti Röya Ayxan məlumat verib. İfaçı həmkarını övladının ikinci dəfə ali təhsil alması münasibətilə təbrik edib.

Qeyd edək ki, Roza Zərgərlinin 4 övladı var. O, bir müddət əvvəl həyat yoldaşı ona xəyanət etdiyi üçün ondan boşanıb. Cütlüyün övladları hazırda Zərgərli ilə qalır.

Milli.Az


Etiketlər:  Roza Zərgərlinin qızından XOŞ XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ