Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cozef Baydenin reytinqi 13 faiz azalıb

Cozef Baydenin reytinqi 13 faiz azalıb

Tarix: 1 Oktyabr 2021 11:52

ABŞ Prezidenti Cozef Baydenin reytinqi ölkənin vitse-prezidenti Kamala Harrisin populyarlığından 6 faiz azdır.

Milli.Az report-a istinadən bildirir ki, bu, "Gallup" Sosioloji Araşdırma Mərkəzinin keçirdiyi rəy soruğusunun nəticəsində məlum olub.

Mərkəzin keçirdiyi son soruğunun nəticələrinə əsasən, bu ilin iyun ayından indiyədək C.Baydenin nüfuzu 13 faiz düşüb. Rəyi soruşulanlardan yalnız 43 faizi dövlət başçısına dəstəyini ifadə edib. Halbuki iyundan əvvəl keçirilən rəy sorğusunun nəticələrində onun nüfuzu 56 faiz olmuşdu.

Sorğunun nəticələrinə görə, vitse-prezident K.Harrisin populyarlığı 6 faiz artaraq 49 faizə yüksəlib.

Bildirilib ki, C.Baydenin reytinqinin azalmasının başlıca səbəbləri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılandan sonra baş verən hadisələr, Birləşmiş Ştatların Meksika ilə sərhədində Haitidən olan qaçqınlarla rəftardır. Bu hadisələr onun tənqid edilməsinə səbəb olub.

Qeyd edək ki, bu tip məsələlərdə arxa planda qalmağa üstünlük verən K.Harris Haiti mühacirlərinə qarşı sərt tənqidləri ilə gündəmə gəlib.

Milli.Az


Etiketlər:  Cozef Baydenin reytinqi 13 faiz azalıb


RƏYLƏR