Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saakaşvilinin anası Ukraynadan Gürcüstana gəlib

Saakaşvilinin anası Ukraynadan Gürcüstana gəlib

Tarix: 2 Oktyabr 2021 08:02

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasaniya cümə günü axşam saatlarında Ukraynanın paytaxtı Kiyevdən Tbilisiyə gəlib.

Milli.Az "Report"a istinadən bildirir ki, Qiuli Alasaniya hava limanında jurnalistlərə bildirib ki, oğlunun həbsi onun üçün gözlənilməz olub.

"Oğlumla sonuncu dəfə bir neçə gün əvvəl danışdım və əmin idim ki, o, Ukraynadadır. Onun həbsi mənim üçün tamamilə gözlənilməz oldu və təyyarə ilə Tbilisiyə uçmağa qərar verdim", - Alasaniya deyib.

Qadının sözlərinə görə, o, oğlunun planları haqqında heç nə bilməyib.

Keçmiş prezident Mixeil Saakaşvili dünən Gürcüstanda həbs edilib.

Milli.Az


Etiketlər:  Saakaşvilinin anası Ukraynadan Gürcüstana gəlib


RƏYLƏR