Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saakaşvilinin xanımı Ukrayna hakimiyyətindən kömək istəyib

Saakaşvilinin xanımı Ukrayna hakimiyyətindən kömək istəyib

Tarix: 2 Oktyabr 2021 08:12

Ali Radanın deputatı və Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili xanımı Liza Yasko ərinə hüquqi yardım göstərilməsi ilə bağlı Ukrayna hakimiyyətinə müraciət edib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, onun bununla bağlı açıqlaması feysbukda yayılıb.

"Öz dövləti uğrunda sevgi və mübarizə - bu, nəcib işidir! Və mən onun mübarizəsini dəstəkləyirəm. Mixeil Saakaşvili - Ukrayna vətəndaşıdır və biz vətəndaşımızı müdafiə etməliyik!", - o yazıb.

Parlament üzvünün müraciəti Ukrayna prezidenti Volodimir Zelenskiyə və onun ofisinə, Xarici İşlər Nazirliyinin başçısı Dmitri Kulebaya, baş nazir Denis Şmıqala, Ukraynanın Gürcüstandakı səfirliyinə, Avropa monitorinq missiyalarında və BMT-yə ünvanlanıb.


Etiketlər:  Saakaşvilinin xanımı Ukrayna hakimiyyətindən kömək istəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ