Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Olimpiakos'' ''Krasnodar''ı darmadağın etdi

''Olimpiakos'' ''Krasnodar''ı darmadağın etdi

Tarix: 22 Avqust 2019 01:08

Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 oyunu keçirilib.

Qol.az xəbər verir ki, 3-cü təsnifat mərhələsində gözlənilmədən Porquqaliya "Portu"sunu mübarizədən kənarlaşdıran Rusiyanın "Krasnodar" klubu Yunanıstanda “Olimpiakos”un qonağı olub. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.

"Srvena Zvezda” (Serbiya) İsveçrə səfərində “Yanq Boyz”la qarşılaşacaq. Oyunda qapılara 4 qol vurulub - 2:2. Zaqreb "Dinamo"su isə Norveçin “Rusenborq” klubu qəbul edib. Meydan sahibləri rəqibini 2 cavabsız qolla üstələyib. 

21 avqust

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. “Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya) - 2:2
Qollar:
Assale, 7. Hoarau, 76-pen – Degenek, 18. M.Qarsiya, 46.

23:00. "Dinamo” (Zaqreb, Xorvatiya) - “Rusenborq” (Norveç) - 2:0
Qolllar:
Petkoviç, 8-pen. Orsiç, 28.

23:00. “Olimpiakos” (Yunanıstan) - “Krasnodar” (Rusiya) - 4:0
Qollar:
Gerrero, 30. Randeloviç, 78; 85. Podense, 89.


20 avqust

LASK (Avstriya) – “Brügge” (Belçika) - 0:1 

APOEL (Kipr) – “Ayaks” (Hollandiya) - 0:0

ÇFR (Rumıniya) – “Slaviya” (Çexiya) - 0:1

 


Etiketlər:  Olimpiakos Krasnodarı darmadağın etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ