Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 11:06
Sakit Okeanda yaranan və həftə içi Şərqi Çin dənizinə doğru hərəkət edən "Mindulle" tayfunu Yaponiyanın Honsu adasının cənubunda təsirli olmağa başlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Haneda hava limanında 120-dən çox uçuş, Çiba və İbaraki prefekturalarında qatar səfərləri qasırğa səbəbindən ləğv edilib.
Hündürlüyü 11 metrə çatan dalğalar Kanto bölgəsinin cənub-şərqindəki İzu adasının sahillərinə çırpılır, bölgə əhalisindən torpaq sürüşmələrinə və çay sellərinə qarşı ayıq-sayıq olmaları istənilib.
Yaponiya Meteorologiya Agentliyi bildirib ki, Honsunun şimalına doğru gedəcək tayfunun saatda 100 kilometr sürətlə əsən küləyi Tokio və ətraf əyalətlərə təsirini davam edəcək.