Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 12:54
Türkiyədə ölkənin Avropa hissəsindən Mərkəzi Anadolu regionuna hərəkət edən avtomobilin mühərrik hissəsi qəfildən alışaraq yanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sürücü dərhal avtomobili yolun təhlükəsizlik üçün nəzərdə tutulmuş zolağına çəkərək alovu söndürməyə başlayıb.
Bu işdə ona yolda olan digər sürücülər də kömək ediblər.
Hadisə vaxtı yoldan keçən sərnişinlərdən biri isə baş vermiş insidenti çəkərək sosial şəbəkələrdə paylaşıb.
İnternet istifadəçiləri sürücülərin həmrəylini yüksək qiymətləndiriblər.