Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2021 14:46
Azərbaycanda qadın körpəsini qoruduğu üçün əri tərəfindən döyülüb.
Sonxeber.net bildirir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında paylaşım edib.
O bildirib ki, atası doqquz aylıq uşağı öldürmək istəyib:
"Qadın körpəsini qoruduğu üçün əri onu döyüb. Sosial şəbəkədən məni tapıb. Dərhal hadisə baş verən ərazi üzrə polis bölməsinə yönləndirdim. Təhqiqat başladılıb. Amma kim qarant verə bilər ki, həmin qadın evə döndüyündə öldürülməyəcək? Yoldaşı narkotik istifadəçisidir.
Sübuta yetirməyə zaman lazımdır... Zaman isə nə qadının, nə də körpənin xeyrinə çalışmaya da bilər. Evə dönə bilməz, qardaşı da öldürəcəyini bildirib".