Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində bu işlər görülüb

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində bu işlər görülüb

Tarix: 2 Oktyabr 2021 14:52

İşğaldan azad edilmiş ərazilərdə 14 347 ha sahədə şumlama işləri aparılıb. Həmin ərazilərdə əsasən taxıl əkini planlaşdırılır. Laçın yaylaqlarına qaldırılmış 16 arıçı sahibkara məxsus 531 arı ailəsi, Kəlbəcər rayonu üzrə 53 arıçıya məxsus 2937 arı ailəsi də qışlaqlara köçürülüb.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə Işçi Qrupun növbəti iclasında məlumat verilib.

Bildirilib ki, cari ildə Füzuli rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir.Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir və yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bu günə kimi 1800 tona yaxın məhsul tədarük edilib.


Etiketlər:  İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində işlər görülüb


RƏYLƏR