Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Çelsi" Zappakostanı icarəyə verdi

Tarix: 21 Avqust 2019 12:00

Bakı. Trend:

"Çelsi" müdafiəçisi Davide Zappakostanı İtaliyanın "Roma" klubuna icarəyə verib.

Trend-in məlumatına görə, İtaliyalı futbolçu ilə bir illik müqavilə imzalanıb. Paytaxt klubu Zappakostanı birdəfəlik transfer etmək hüququna sahibdir.

"İtaliya üçün çox darıxmışdım. Geri qayıtdığım üçün çox xoşbəxtəm", - deyə futbolçu "Sky Iitalia"ya açıqlayıb.

"Çelsi" 27 yaşlı futbolçunu 2017-ci ildə "Torino"dan 28 milyon avroya transfer etmişdi. O, London klubunda 52 oyuna 2 qol vurub.


Etiketlər:  Çelsi Zappakostanı icarəyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ