Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əminə, sən gedib Fransada ''fransuaz'' olmayacaqsan''

''Əminə, sən gedib Fransada ''fransuaz'' olmayacaqsan''

Tarix: 4 Oktyabr 2021 13:45

"İlk sualım "Hər buraxılışdan nə qədər alacam" oldu. Məni maddi qazanc maraqlandırır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Fatehin divanı" proqramında deyib. müğənni "Səs Azərbaycan"dan bəhs edib. Ağayeva eyni zamanda gündəmdə olan bayağı mahnılardan söz açıb:

"Hər zaman yeni istedadlara ehtiyac var. İndi o qədər informasiya, savaş var ki... Savadsızlıq, cahillik daim gündəm tutur. İmkan vermək olmaz ki, keyfiyyətsiz ifaçılar, musiqiçilər daim gündəmdə olsun. Bunu da düzgün, yaxşı işlərlə, güclü layihələrlə etməliyik. İstəyirəm ki, "Səs Azərbaycan" bir dəfə olub bitməsin. Xaricdəki kimi davamlı keçirilsin.

Gənclər var ki, düşünürlər Avropa musiqisi oxuyanda müasirdilər. Yox, elə deyil. Təsnifləri, aşıq, xalq mahnıların bilin. Bizim damarımızdan axan qan fransız olmayacaq. Bir hindlinin bizim mahnını təkrar etməsi maraqlıdır? Bir çinlinin gəlib muğam oxuması maraqlıdır? Biz biz olduğumuz üçün maraqlıyıq. Əminə, sən gedib Fransada fransuaz olmayacaq. Amma gedib xaricdə fransız dilində özün haqda gözəl danışa, tanına bilərsən. Təbliğat olmalı, məktəblər açılmalıdır. Bu, mənim yaralı yerimdir. Təhsil nazirliyinə qədər müraciət etmişəm, gözəl qarşılayıblar. Hesab edirəm ki, cəmiyyətimizdə peşələrin inkişafına toxunacağıq. Bunu tək dövlət yox, iş adamları da edə bilərlər".

Milli.Az


Etiketlər:  Əminə sən gedib Fransada fransuaz olmayacaqsan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ