Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 20:15
"Efirə hazırlaşırdım, gözəl ab-havada idim. Mənə dedilər 10 kiloqram arıqlamalı, saçlarını tündləşdirməlisən. Hamısına da hazır idim. Amma...".
Sonxeber.net xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında şairə Nazilə Səfərli deyib. O, ARB TV-dən işdən çıxarılması haqda ilk dəfə danışıb. O bildirib ki, heç bir səbəb olmadan ona işə gəlməməsi deyilib:
"Həmin ərəfədə hamı Azərbaycan ordusuna yardım edirdi. Mən də öz büdcəmdən Azərbaycan ordusuna 5 min manat ianə etdim. Həmin xəbərin səhərisi ARB TV məni çağırdı və dedi ki, işdən azadsan. Niyə? Səbəb soruşdum. Dedilər ki, İsmət müəllim səni görmək istəmir. Bir ildir susuram. İşdən uzaqlaşdırıldıqdan sonra həftədə neçə dəfə məni həmin kanal verilişlərinə qonaq çağırırdı. Ötən mövsüm düz 40 dəfə həmin kanalda müxtəlif verilişlərdə qonaq olmuşam. İsmət müəllim məni görmək istəmirsə, niyə çağırırsız? Səbəb? Buradan başa düşdüm ki, həmin şəxsin xəbəri heç yoxdur. Onun mənimlə nə işi? İşdən çıxan hansı aparıcını kanalda ulduz kimi parladırlar? Burada hansısa bağlı məqam var idi, bilmədim.
Hər səhər 7-də oyanır, axşam 9-da yatırdım. Oradan aldığım maaş heç kosmetikamı ödəmirdi. Mənim özümün istifadə etdiyim markalar var ki, özüm alırdım. Bir az işlədim və reytinq verdim. gündə maraqlı məqamlar çıxarırdım. İndi də həmin verilişdən görüntülər yayılır".