Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

App Store-da Apple tətbiqlərinin qiymətləndirilməsi imkanı aktivləşib

App Store-da Apple tətbiqlərinin qiymətləndirilməsi imkanı aktivləşib

Tarix: 5 Oktyabr 2021 08:52

Apple şirkəti sonunda istifadəçiləri üçün App Store platformasında öz tətbiqlərini qiymətləndirmək imkanını aktivləşdirib. Qeyd etmək lazımdır ki, indiyənə kimi belə bir imkan yox idi. İstifadəçilər App Store-da yalnız kənar tərtibatçıların məhsullarını qiymətləndirə bilirdilər. Öz orijinal tətbiqlərinin qiymətləndirilməsi imkanının təqdim edilməsindən sonra iOS istifadəçiləri App Store-da Apple tətbiqlərini qiymətləndirməyə başlayıblar. Lakin tətbiqlər o qədər də yüksək reytinqlər əldə etməyiblər. Məsələn Apple Files, Maps və Home tətbiqləri istifadəçilər tərəfindən 3-3.5 ulduz əldə ediblər. Apple News 2.3 ulduz, Apple Podcasts isə 2 ulduz əldə edib.

Lakin qeyd etmək lazımdır ki, tətbiqlərin çoxu heç 100 qiymətləndirməni əldə etməyib. Buna görə də mövcud göstəricilər hələ real vəziyyəti əks etdirmir. Apple tətbiqləri digər məşhur tətbiqlər ilə müqayisədə daha az qiymətləndirməyə sahibdirlər. Məsələn Facebook tətbiqinin 1.1 milyon qiymətləndirilməsi, TikTok-un isə 10 milyon qiymətləndirilməsi var. Apple tətbiqlərinin hələ az sayda qiymətləndirmə əldə etmələrinə baxmayaraq bu cür imkanın yaradılması yaxşı əlamətdir. Bu öz növbəsində App Store platformasında ədalətli rəqabətin olmasına şərait yaradacaq. Bundan əlavə olaraq Apple öz məhsullarının yaxşılaşdırılması haqqında da düşünə bilər.

Milli.Az


Etiketlər:  App Store da Apple tətbiqlərinin qiymətləndirilməsi imkanı aktivləşib


RƏYLƏR