Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 13:18
"Azəriqaz" İB məsələyə aydınlıq gətirdi
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, havaların soyuması və qarşıdan qış fəslinin gəlişi Qubanın Timiryazev qəsəbəsinin yeni yaşayış massivinin sakinlərinin əhvalını əməlli-başlı korlayıb.
Buna səbəb onların yaşadığı ərazidə təbii qazla bağlı problemin olmasıdır. Sakinlərin sözlərinə görə, massivdə 150-dən artıq ailə yaşamasına baxmayaraq ərazi mavi yanacaqla təmin edilməyib.
Şikayətçi sakinlər bildirir ki, bir müddət öncə Azəriqaz İstehsalat Birliyinin əməkdaşları əraziyə baxış keçirib və onlara söz verilib ki, tezliklə massivə qaz çəkiləcək. Buna arxayın olan sakinlər qış üçün odun tədarük etməyiblər. Lakin qış qapını döymək üzrə olsa da təbii qazdan xəbər yoxdu...
Timiryazev qəsəbəsinin yeni yaşayış massivinin qaz probleminə Azəriqaz İstehsalat Birliyindən bu cür aydınlıq gətirildi.
Reallıq odur ki, bu qışı da sakinlər odunun istisinə qızınmalı olacaqlar. İnanırıq ki, bu onların odun aldıqları sonuncu il kimi tarixə düşəcək...