Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhrəman şəhidimiz Sənan Əliyev - VİDEO

Qəhrəman şəhidimiz Sənan Əliyev - VİDEO

Tarix: 5 Oktyabr 2021 13:42

44 günlük vətən müharibəsində iştirak edən qəhrəman oğullarımızı tanıtmağa davam edirik. Sıradakı süjətimizin qəhrəmanı Beyləqan Sakini Sənan Əliyevdir. Füzuli və cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edən sənan 16 yaralı yoldaşını xilas edib. Onları döyüş meydanından çıxararkən özü düşmən gülləsinə tuş gələrək şəhadətə ucalıb. O, ölümündən sonra ''vətən uğrunda'' və ''füzulinin azad olunmasına görə'' medalları ilə təltif edilib

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsində canını fəda edən qəhrəmanlarımızdan biri də Beyləqan sakini Sənan Əliyevdir. 1989-cu ildə rayonun Mill qəsəbəsində anadan olan Sənan orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.  

O, 2013-cü ildə Mingəçevirdə yerləşən N saylı hərbi hissədə müqavilə əsasında xidmət etməyə başlayıb. 2016-cı ildə aprel döyüşlərində iştirak edən qəhrəmanımız fəxri fərman və  ''Azərbaycan ordusunun 100 illiyi'' yubiley medalı ilə təltif edilib. 

44 günlük vətən müharibəsində iştirak edən Sənan Əliyev Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.  Düşmənə qan udduran qəhrəmanımız yaralanmış 16 yoldaşını döyüş meydanından çıxararaq onları xilas edib. Amma özü düşmən gülləsinə tuş gələrək sentyabrın 28-da qəhrəmancasına şəhid olub.
2 övladı olan şəhidimiz ölümündən sonra  "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. 


Etiketlər:  Qəhrəman şəhidimiz Sənan Əliyev VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ