Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 14:14
Ermənistanda II Qarabağ Müharibəsindəki məğlubiyyətə görə daxili çəkişmə güclənir.
Silah satışı və digər ittihamlarla əlaqədar cinayət işləri çərçivəsində artıq yüksək vəzifələr tutmuş 4 nəfər həbs edilib. Keçmiş müdafiə naziri Davit Tonoyan, silah tədarükçüsü Davit Qalstyan, keçmiş aviasiya rəisi Avetik Muradyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bu işə görə müdafiə naziri Arşak Karapetyanla Milli Təhlükəsizlik idmətinin direktoru Armen Abazyan arasında ciddi münaqişə yaranıb.
Məlumata görə, A.Karapetyan belə bir böyük səs-küyə və Müdafiə Nazirliyinin hazırkı və keçmiş yüksək rütbəli məmurlarının həbsinə qarşıdır.
"Qraparak" yazır ki, bu iş çərçivəsində kəşfiyyatçıların adları da çəkilir.