Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kişi arvadına sosial şəbəkəyə girməyə qadağa qoymalıdır''

''Kişi arvadına sosial şəbəkəyə girməyə qadağa qoymalıdır''

Tarix: 5 Oktyabr 2021 19:50

"Kişilərin yerinə olsaydım qadınlara bir qadağa qoyardım: balaca telefon alardım, sosial şəbəkələrdən istifadə etməsinə icazə verməzdim. Ailələrin dağılmasına səbəb sosial şəbəkələrdir".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı deyib. Onun açıqlaması müzakirələrə səbəb olub. Samirə bildirib ki, kişilər xanımlarına sosial şəbəkədən istifadəyə icazə verməməlidir:

"Cavan 21-22 yaşında gəlin bütün günü İnstaqramda sosial şəbəkədə oturursa, nə öyrənir? Elə telefon verilsin ki, ona ancaq zəng gəlsin və zəng getsin: "yes" və "no". İndiynə qədər sosial şəbəkə yox idi, geri qalmışdıq?

Oturub baxır ki, kimsə arvadını apardı dağa dincəlməyə, başlayır mən də getmək istəyirəm, qısa geyinmək istəyirəm".

Qeyd edək ki, meyxanaçının açıqlamasının yer aldığı video sosial şəbəkədə tənqid edilib. Bir çox insanlar onun dediklərinin mənasız olduğunu yazıb.


Etiketlər:  Kişi arvadına sosial şəbəkəyə girməyə qadağa qoymalıdır


RƏYLƏR