Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya çempionatı: Turan Bayramov medalsız qalıb

Dünya çempionatı: Turan Bayramov medalsız qalıb

Tarix: 5 Oktyabr 2021 22:18

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

70 kq çəki dərəcəsində mübarizə aparan idmançı gürcüstanlı Zurabi Yakobişvili ilə üz-üzə gəlib.

Qarşılaşmadan 3:4 hesabı ilə məğlub ayrılan Bayramov yarışı medalsız başa vurub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın iki sərbəst güləşçisi - Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.

Milli.Az


Etiketlər:  Dünya çempionatı Turan Bayramov medalsız qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ