Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağcabədidə bədbəxt hadisə: Su borusu qırılıb iki nəfərin üzərinə düşdü

Ağcabədidə bədbəxt hadisə: Su borusu qırılıb iki nəfərin üzərinə düşdü

Tarix: 21 Avqust 2019 17:48

Bakı. Samir Əli - Trend:

Ağcabədi rayonunda iki nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Qiyamadınlı kəndi ərazisində subartezyan quyularının təmiri zamanı baş verib.

Ağcabədi rayon Subartezyan İdarəsinin işçiləri su borusunu qaldırıcı kran vasitəsilə qaldırarkən boru qaynaq olunmuş hissədən qırılaraq iki nəfərin üzərinə düşüb.

Hadisə nəticəsində 1979-cu il təvəllüdlü, idarənin çilingəri Səfərov Rahib Əhliman oğlu və 1994-cü il təvəllüdlü kənd sakini Hüseynov Elnur Bakir oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ağcabədidə bədbəxt hadisə borusu qırılıb nəfərin üzərinə düşdü


RƏYLƏR