Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səyahət üçün ən yaxşı vətəndaşlıq - Reytinq

Səyahət üçün ən yaxşı vətəndaşlıq - Reytinq

Tarix: 6 Oktyabr 2021 21:42

Henley & Partners beynəlxalq agentliyi səyahət üçün ən reytinqli pasportların yenilənmiş indeksini (vətəndaşları başqa ölkələrə vizasız gedə biləcək ölkələrin reytinqi) açıqlayıb. Milli.Az aviatravel.az-a istinadən bildirir ki, CNN məlumat yayıb ki, ən reytinqli Yaponiya və Sinqapur pasportlarıdır - sahibləri 192 ölkəyə vizasız gedə bilərlər. Bu, dünyanın yalnız 26 ölkəsinə vizasız çıxışı olan Əfqanıstan vətəndaşlarının imkanlarından 166 ölkə çoxdur.

İkinci yeri Almaniya və Cənubi Koreya bölüşür, bu ölkələrin vətəndaşları 190 ölkəyə daxil ola bilərlər. Siyahının üçüncü sırasını Finlandiya, İtaliya, Lüksemburq və İspaniya tutur, vizasız 189 ölkəyə gedə bilirlər. Dördüncü yerdə Avstriya və Danimarkadır (188). Səyahət üçün ən gəlirli TOP-5 pasportları isə bunlardır: Fransa, İrlandiya, Hollandiya, Portuqaliya və İsveç. 

Bəzi ölkələrin sakinlərinin 40-dan az ölkəyə vizasız daxil ola biləcəyi də qeyd olunur. Bundan əlavə, son 18 ay ərzində koronavirus pandemiyası ilə əlaqədar bağlanan sərhədlər, reytinqin 16 illik tarixində səyahət imkanları arasında rekord fərq yaratdı.

2020-ci ilin iyul ayında Yaponiya vətəndaşlığı, koronavirus pandemiyası zamanı səyahət etmək üçün ən əlverişli vətəndaşlıq seçildi.

Milli.Az


Etiketlər:  Səyahət üçün ən yaxşı vətəndaşlıq Reytinq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ