Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tatarıstanda baş vermiş qalmaqallı cinayətdə “erməni izi”

Tatarıstanda baş vermiş qalmaqallı cinayətdə “erməni izi”

Tarix: 7 Oktyabr 2021 20:56

Rusiyanın Tatarıstan Respublikasında qalmaqallı cinayətin təfərrüatı məlum olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bir neçə həftə əvvəl Marat adlı şəxs 30 yaşlı Civan Mixitaryana Kazanda yerləşən firmada seyfi açmasını istəyib. Əvəzində isə "zəhməti keçənlərə" 50 min rubl vəd edib. "Armyan" ləqəbi ilə Almetyevskdə tanınan Mixitaryan bu iş üçün üç nəfər tapıb. Həmin şəxslər Maratla xüsusi əhəmiyyətli işlərin saxlandığı 4 -cü bölməyə gəliblər və seyfi aça bilməyərək onu oğurlayıblar. Polis izlərinə düşərək həmin üç nəfəri tutub.

Sifarişi onlara verənin kimli bəlli olub. Belə ki, axtarış-əməliyyat qrupu qarəti törədənin lap əvvəldən şöbənin iş qrafikini, kameranın yerləşməyini çox yaxşı bildiyini təxmin edib. Şübhələr polkovnik-leytenant Marat Şakirovun üzərində cəmlənib. Tutulan şəxslər də 37 yaşlı Şakirovun sifarişi verən şəxs olduğunu təsdiqləyiblər. O, bu ilin may ayında sözügedən bölmədə işə başlayıb. Məlum olub ki, o, məşhur tatarıstanlı biznesmendən 14,6 milyon rublun müsadirəsini keçirib və pullar həmin seyfdə olub.

Şakirov törətdiyi əməli boynuna alıb. Amma pul onda tapılmayıb. Mixitaryan milyonlarla dolu qutunu götürərək aradan çıxıb. Müvafiq orqanlar Mixitaryanın axtarışına başlayıblar.


Etiketlər:  Tatarıstanda baş vermiş qalmaqallı cinayətdə erməni


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ