Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 23:32
Türkiyənin İstanbul şəhərində bir çox ictimai nəqliyyat vasitələrində dolaşmaqla məşhurlaşan itə mikroçip taxılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Boji adlanan it xüsusi tətbiq vasitəsilə addım-addım izlənilir. İzləmə sistemi ilə Bojinin bir gündə 29 dayanacaq qət etdiyi məlum olub. Eyni zamanda o, ictimai nəqliyyat vasitəsi ilə gündə azı 30 kilometr yol qət edib.
Boji bütün səyahət qaydalarını bilir; enən sərnişinlərə yol verir, gözləyir, qatara sakitcə girir və özünə yer tapır. O, sərnişinlər tərəfindən də çox sevilir.