Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 09:44
Rusiyada ölümlə nəticələnən dəhşətli hadisə baş verib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisə bu ilin fevral ayında Perm şəhərində baş verib.
Ortayaşlı kişi ailə münaqişəsi zəminində hamilə arvadının başını kəsib, qayınatasına isə 60 bıçaq zərbəsi vurub.
Araşdırmalar zamanı məlum olub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin arvad qohumları ilə münasibətlərində problemlər olub. Həmin gün ailədə mübahisə də məhz buna görə baş verib.
Hazırda cinayət işi məhkəməyə göndərilib. Perm sakinini uzun müddətli həbs cəzası gözləyir. Ömürlük həbs də istisna edilmir.