Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 12:25
Yutub platformasında bir milyondan çox abunəçisi olan "WILDERNESS COOKING" layihəsinin çəkiliş heyəti Şuşa şəhərində olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, kanalın məşhur aşpazı, həmçinin, çəkiliş heyəti 28 ildən sonra Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Şuşa şəhərinin gəzməli-görməli yerlərini ziyarət ediblər.
Daha sonra məşhur aşpaz Cıdır düzündə Azərbaycan milli mətbəxinin dadlı təamlarını hazırlayaraq öz məharətini göstərib.