Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 12:30
"Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi şəhər bəlli olub.
Sonxeber.net xəbər verir ki, tədbir İtaliyanın Turin şəhərində baş tutacaq.
Daha əvvəl "Avroviziya-2022"də ölkəmizin iştirakı təsdiqlənmişdi. Mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri tanınmış bəstəkar və prodüser İsa Məlikovdur.
Xatırladaq ki, bu il keçirilən "Avroviziya"da İtaliyanın "Maneskin" qrupu müsabiqədə 524 xal toplayıb və birinciliyə layiq görülüb. Azərbaycanlı ifaçı Samirə Əfəndi "Mata Hari" mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub.