Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan üzərindən ilk aviauçuş həyata keçirən pilot və bələdçinin təəssüratları - VİDEO

Ermənistan üzərindən ilk aviauçuş həyata keçirən pilot və bələdçinin təəssüratları - VİDEO

Tarix: 8 Oktyabr 2021 13:24

Məlumat verdiyimiz kimi ötən gün AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə edib. 
 
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Ermənistan üzərindən ilk aviauçuş həyata keçirən pilot və bələdçi təəssüratlarını bölüşüblər. 

Pilot Ramil Yusifov deyir ki, uçuş səhər saat 8-də reallaşdırılıb. Sərnişinlər mənzil başına saat 9-da, yəni 10 dəqiqə daha tez çatıblar.

Ramil Yusifov təyyarəni idarə edə-edə ətrafa çox diqqətlə nəzər yetirdiyini bildirir. Onun dəqiq gördüyü və ağlında qalan yeganə ünvan isə Göyçə gölü olub.

Həmin gün təyyarədə olan 5 bələdçidən biri də Leyla Rzayeva idi. Leyla Rzayeva deyir ki, həmin gün işə gələn zaman məsələdən xəbərsiz olub.

Təkcə bələdçilər yox, təyyarədə olan sərnişinlərin də Ermənistan üzərindən uçuş edəcəkləri barədə məlumatları olmayıb. Onlar yalnız monitorlarda xəritəni görəndə Ermənistan səmasından keçdiklərini biliblər.

Qeyd edək ki, heyət dünən eyni istiqamət üzrə 2 uğurlu  reys reallaşdırıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Ermənistan üzərindən aviauçuş həyata keçirən pilot bələdçinin təəssüratları VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ