Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2019 06:40
Bakı. Trend:
Bir sıra ölkələrdən olan "İnstagram" istifadəçiləri sosial şəbəkədə olan nasazlıqlardan şikayətlənirlər.
Trend-in məlumatına görə, bu barədə "Downdetector" saytında bildirilib.
Məlumata əsasən, problemlər barədə daha çox ABŞ, Braziliya və Almaniyada qeydə alınıb. Həmçinin Böyük Britaniya, Fransa, Niderland, İtaliya, Avstriya və İsveç sakinləri də sosial şəbəkənin xidmətindən yararlanmaqda çətinliklərlə üzləşiblər.
İstifadəçilərin əksəriyyəti (61%) xəbər lentası ilə bağlı problemlərdən şikayət edir, istifadəçilərin 13%-i sosial şəbəkələrdə hekayələrə baxmaqla bağlı, 24% -i isə "İnstagram"-a girişdə problem yaşayır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin