Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2021 10:56
Fransanın Strasburq şəhərində Avropanın tikilməkdə olan ən böyük məscidinə müsəlmanları təhqir edən və İslama savaş elan edilən məktub göndərilib.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Anadolu" agentliyinə "Milli Görüş" müsəlman dini-siyasi konfederasiyasının sədri Eyyub Şahin danışıb.
Konfederasiyaya bağlı Eyyüb Sultan Məscidinə İslam Əleyhinə Federasiyasından göndərilən "Müharibə Bəyannaməsi" başlıqlı məktubda "Fransada İslam üçün yer yoxdur", - deyə vurğulanıb.
Bundan əlavə, İslam düşmənləri məktubda onların çox olduğunu iddia edir və müsəlmanlardan qisas almaq və məscidlərə hücum etmək barədə xəbərdarlıq edirlər.
"Əlbəttə, sizin camaatın əksəriyyəti İslamı qəbul edir. Onda nə üçün Fransada qalırsınız?
Hazırlaşın, məscidlərinizə heç vaxt görünməmiş miqyasda hücum ediləcək. Tərəfdarlarımız təsəvvür etmədiyiniz qədər çoxdur. Yaxşı hazırlaşın, qisas başlayır",- deyə məktubda bildirilib.
Eyüb Şahinin sözlərinə görə, əvvəllər də belə məktublar alıblar. Eyni zamanda sosial şəbəkələrdə təhdidlər də edilir və əlavə olaraq Müsəlman Avropa Konfederasiyası nümayəndələrinin ailə üzvləri də hədələnir.
"Bu cür təhdidlər bütün Avropada baş verir... Amma bura Avropanın ən böyük sosial kompleksi olduğu üçün yəqin ki, bir az daha çox diqqəti cəlb edir və bununla cinayətkarlar səslərinin eşidilməsini istəyirlər"- dedi Şahin. O, polisə və aidiyyəti orqanlara məktub barədə məlumat verdiklərini və siyasətçilərin bu cür nifrət doğuran təxribatçı ifadələr deyil, sağlam düşüncəyə əsaslanan açıqlamalar vermələrini gözlədiklərini qeyd edib.